Kir Starmer istefa verdi
Böyük Britaniyanın Baş naziri Kir Starmer istefa vermək qərarına gəlib.
"Cebheinfo.az" xəbər verir ki, o, yeni Baş nazir seçilənə qədər vəzifəsini icra edəcək.
O, artıq Britaniya Kralı III Çarlzı Leyboristlər Partiyasının rəhbəri postundan getməsi barədə məlumatlandırıb.
İstefasını özü açıqlayan Starmer səbəblər barədə hələlik danışmayıb.
Xatırladaq ki, tanınmış siyasətçi lord Peter Mandelsonun Ceffri Epşteyn ilə əlaqələri barədə danışılanlar fonunda ABŞ-yə səfir təyin edilməsi Starmerin istefası barədə tələbləri daha da gücləndirmişdi.
Xəzər
"Cebheinfo.az"

