Jurnalist Sürayyə Hacıyeva Kəlbəcərdə vəzifəyə təyin olunub

Jurnalist Sürayyə Hacıyeva Kəlbəcərdə vəzifəyə təyin olunub

Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat xidməti şöbəsinə yeni rəhbər təyin edilib.

"Cebheinfo.az" xəbər verir ki, bu vəzifəyə jurnalist Sürayyə Hacıyeva gətirilib.

Bu barədə məlumatı ASAN xidmətin mətbuat katibi Elnur Niftəliyev öz "Facebook" hesabında paylaşıb. 

Sürayyə Hacıyeva daha əvvəl AZƏRTAC İnformasiya Agentliyində və CBC TV Xəbərlər redaksiyasında çalışıb. 

Qeyd edək ki, Sürayyə Hacıyeva ali təhsilini Bakı Slavyan Universitetində alıb.

"Cebheinfo.az"