Vəfat edən şəxsi həyətdə dəfn etmək olar? - VƏKİL
Xüsusilə Bakı şəhərində məzar yeri ilə bağlı tələb edilən qeyri-rəsmi ödənişlər, qiymətin bahalığı dəfnlə bağlı problemləri gündəmə gətirir.
Sosial şəbəkələdə mərhumun həyatyanı sahədə dəfn ediliməsinin mümkünlüyü barədə suallar səsləndirilir.
“Cebheinfo.az” xəbər verir ki, vəkil Elmar İbrahimov bu barədə suallara cavab verib:

“Mərhumun öz həyətində dəfn edilməsi ümumi qayda olaraq qanunvericiliklə nəzərdə tutulmur. Azərbaycan Respublikasının "Dəfn işi haqqında" Qanununa əsasən, vəfat etmiş şəxslərin dəfni yerli icra hakimiyyəti orqanları tərəfindən ayrılmış və bu məqsəd üçün nəzərdə tutulmuş qəbiristanlıqlarda həyata keçirilir. Qəbiristanlıqların salınması, idarə olunması və istifadəsi xüsusi sanitariya, ekoloji və şəhərsalma normaları ilə tənzimlənir”.
O bildirib ki, eyni zamanda, sanitariya-epidemioloji tələblərə görə yaşayış sahələrində və fərdi həyətyanı torpaqlarda dəfn edilməsi insanların sağlamlığı, yeraltı suların mühafizəsi və ətraf mühitin qorunması baxımından yolverilməz hesab olunur.
Xəzər
“Cebheinfo.az”

