Bakıətrafı qəsəbələrdə evlərin qiymətinin 10-15 faiz artacağı gözlənilir - VİDEO

Bakıətrafı qəsəbələrdə evlərin qiymətinin 10-15 faiz artacağı gözlənilir - VİDEO

Bakıətrafı qəsəbələrdə mənzillərə tələbat artıb.

"Cebheinfo.az" "Xəzər" TV-yə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspertlərin sözlərinə görə, paytaxtda qəzalı binaların sökülməsi səbəbindən vətəndaşlar mərkəzdən kənar ərazilərdə ev almağa üstünlük verirlər və bu amil qiymətlərə də təsir edir.

Ekspert Elnur Fərzəliyev qeyd edib ki, hazırda Maştağa, Kürdəxanı, Hövsan, Pirşağı, Ramana, Lökbatan və Zığ kimi qəsəbələrdə evlərə və torpaq sahələrinə olan qiymətlər hələlik münasibdir. Lakin aparılan işlər və inkişaf perspektivləri qiymət artımını qaçılmaz edir.

Ekspertin sözlərinə görə, qəzalı binaların sökülməsi prosesi ilə yanaşı, yay mövsümü ilə bağlı da bu ərazilərdə evlərin qiymətinin 10-15 faiz artacağı gözlənilir. Bununla belə, payız aylarında qiymətlərdə 5 faizədək enmə müşahidə edilə bilər.

"Cebheinfo.az"