Həzi Asalanovun sənədləri yayıldı - Milliyyəti türk yazılıb - FOTO

Həzi Asalanovun sənədləri yayıldı - Milliyyəti türk yazılıb - FOTO

Azərbaycan xalqının görkəmli oğlu, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş azərbaycanlı general-mayor Həzi Asıanova məxsus sənədlər yayılıb. 

"Cebheinfo.az" xəbər verir ki,  sənədləri sosial şəbəkə hesabında tanınmış tarixçi,  professor Zaur Əliyev yayıb. O, Aslanov Həzi Əhəd oğlu barədə Rusiyanın tanınan hərb tarixçisi akademik Samsonovdan sitat gətirib:

“ O yazırdı ki,  Həzi Aslanov Sovet ordusunda yeganə general idi ki, “İrəli” sözünü deməzdi, “Ardımca” deyərdi. Döyüşlər zamanı ilk özü öndə olurdu, ardınca da əsgərləri”

O dövrdə Sovetlərin təbliğat maşını sayılan “Pravda” qəzetində Həzi Aslanovla müsahibə dərc edilir. Müsahibədə general deyir:

“Şah İsmayıl Xətai – dahi strateq idi. Öz qoşunlarını 12 yerə bölərək, aypara şəklində düzərdi. Bu düzülüş zəif mərkəzə və güclü cinahlara malik idi. 

Düşmən zəif mərkəzi əzməklə məşğul olduğu zaman, güclü cinahlar düşməni əhatə edir, qoşunu mühasirəyə alıb darmadağın edirdi”.Dünyada yeganə tank komandiri idi ki, keçilməz yerlərdən ordunu irəli aparırdı". 

Döyüş gedən zamanlarda Həzi Aslanov bir tankdan başqa tanka keçirmiş ki, əsgərlər qorxmasınlar:

"Akademik Samsonova görə, Aslanov inanırdı ki, o, ölə bilməz. Rus şovinst tarixçiləri gizlətməyə çalışsa da reallığı silə bilmirlər. Stalinqradın azad olunmasında Azərbaycan xalqının yetirdiyi böyük sərkərdə Həzi Aslanovun müstəsna xidmətləri vardır.

General-mayor Həzi Aslanov döyüşçülərə tez-tez deyirdi: "Geciksən, döyüşü uduzarsan". O, özü heç vaxt gecikmirdi, tabeliyində olanları da bu ruhda tərbiyə edirdi".

Tarixçi Həzi Aslanovun sənədini təqdim edib:

"Bu sənəd onun hərbi xidmət dövrünə aid rəsmi qeydiyyat vərəqəsidir  və üzərində onun tərcümeyi-halına dair çox mühüm tarixi faktlar əks olunub.

Sənəddəki əsas diqqətçəkən məqamlar bunlardır:

 Milliyyəti hissəsində  türk, bildiyi dillər bölməsində isə türk dili yazılıb. 

 Doğum tarixi olaraq yazılır , 22 yanvar 1910-cu il, Azərbaycan SSR, Lənkəran şəhəri. Sosial mənşəyi isə fəhlə kimi qeyd edilib sənəddə. 

Təhsili barədə yazılır ki,  1929-cu ildə Zaqafqaziya Hərbi Hazırlıq Məktəbini , 1931-ci ildə isə Borisoqlebmsk-Leninqrad Süvari Məktəbini bitirib.

Təqdim edilən sənəddə onun aldığı rütbələr ardıcıllıqla qeyd edilib: 1936-cı ildə Baş leytenant ardınca isə polkovnik-leytenant, polkovnik və nəhayət general-mayor  rütbələri əlavə edilib.

Sənədin ortasında  böyük hərflərlə Sovet İttifaqı Qəhrəmanı sözləri yazılıb. Aşağı sağ küncdə "Lenin ordeni"  və "Qızıl Ulduz" medalı ilə təltif olunduğu öz əksini tapıb".

Həzi Aslanov 1924-cü ildən 1930-cu illərin əvvəllərində təhsil və xidmət dövrlərində tərtib edilmiş ilkin şəxsi işlərində, komsomol və partiya sənədlərində milliyyəti dövrün rəsmi dövlət sənədlərində həmişə türk  kimi qeyd olunub:

"Generalın  attestasiya sənədlərində və zabit heyətinin siyahısında Həzi Aslanovun qarşısında milliyyət hissəsində də türk yazılıb. Həzi Aslanov 1937-ci ildə Kommunist Partiyasının üzvü sənədində də türk kimi milliyyəti yazılıb.

Həmin arxiv qovluğunda onun qrup yoldaşları olan digər Qafqaz xalqlarının nümayəndələri gürcü, erməni, kürd, talış, ləzgi və digərləri  öz milli adları ilə qeyd olunduğu kimi, Həzi Aslanovun qarşısında birbaşa türk yazılıb.

Həmin dövrdə artıq rəsmi olaraq

azərbaycanlı adı sənədlərdə, mətbuat və kitablarda yazılırdı və bu termin artıq istifadə edilirdi, lakin  cəbhədəki hərbi müxbirlər generalın ilkin hərbi sənədlərindəki qeydlərə istinadən Generalı  Azərbaycan türkü və ya sadəcə igid türk sərkərdəsi kimi yazırdılar". 

Xəzər 
"Cebheinfo.az"