Bolqarıstan Aİ-nin 21-ci sanksiya paketini blokladı
Bolqarıstan Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 21-ci sanksiya paketinə veto qoyub.
"Cebheinfo.az" xəbər verir ki, Sofiya rəhbərliyi xüsusilə “Lukoil”un keçmiş prezidenti Vahid Ələkbərova qarşı nəzərdə tutulan sanksiyaların ölkə iqtisadiyyatına zərər verəcəyini əsas gətirərək qərara qarşı çıxıb.
Bolqarıstan Baş naziri Rumen Radev veto qərarını sanksiyaların “Lukoil”un keçmiş prezidenti Vahid Ələkbərovu hədəf alması ilə əsaslandırıb.
O bildirib ki, Vahid Ələkbərov Burqasdakı Bolqarıstan neft emalı zavodunun inkişafına mühüm töhfə verib.
“Bu, öz ayağımıza güllə vurmaq olar”, - deyə Baş nazir vurğulayıb.
Radev həmçinin “Lukoil”un Bolqarıstana qarşı 3 milyard avroluq məhkəmə iddiası qaldırdığını da xatırladıb.
Radev veto qərarının Sofiyaya hər hansı maliyyə itkisi yaratmayacağını müdafiə edib:
“Gördüyünüz kimi, Avropa fondlarından Bolqarıstana edilən ödənişlər dayanmayıb. Əksinə, etimada görə, hətta avans ödənişləri də alırıq”.
Bolqarıstan Baş naziri ölkəsinin Patriarx Kirill və Vahid Ələkbərova qarşı sanksiya planlarını da dəstəkləmədiyini açıqlayıb:
“Bu cür sanksiyaları dəstəkləmirik. Səsvermə hüququmuz var və bundan istifadə edəcəyik”.
O əlavə edib ki, Avropa liderləri də Bolqarıstanın mövqeyinə hörmətlə yanaşır.
Nigar Hacılı
"Cebheinfo.az"


