Hindistanda qadın 5 ayda 3 dəfə evləndi
Hindistanın Himaçal-Pradeş ştatında bir qadın 5 ay ərzində 3 dəfə evlənib.
Bu barədə “Lenta.ru” məlumat yayıb.
Bildirilib ki, hüquq-mühafizə orqanları nikahların rəsmi qeydiyyatdan keçib-keçmədiyini və qadının dələduzluq məqsədi güdüb-güdmədiyini araşdırır.
Qeyd edək ki, məsələ ilə bağlı qadının yaxınları danışsalar da, o bu barədə hələlik açıqlama verməyib.
"Cebheinfo.az"


