Azərbaycanın qızıl ixracı 37 dəfədən çox artdı
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın bir sıra mühüm növ qeyri-neft-qaz məhsullarının ixracında ötən ilin eyni dövrü ilə müqayisədə ciddi artım tendensiyası müşahidə olunub.
Modern.az rəsmi statistik məlumatlara istinadən xəbər verir ki, cari ilin ilk dörd ayında 23 548,8 kiloqram işlənnməmiş və ya yarımişlənmiş, yaxud toz şəklində qızıl ixrac edilib ki, bunun da dəyəri 3 milyon 599 min 654,7 dollar təşkil edib. Bu göstərici real ifadədə 18,0 dəfə, cari qiymətlərlə isə 37,3 dəfə artım deməkdir.
Digər ixrac məhsullarından təzə meyvə ixracı 105 572,0 tona (165 178,9 min dollar), pambıq lifi ixracı 67 346,4 tona (92 964,1 min dollar), təzə tərəvəz ixracı isə 76 677,5 tona (81 724,8 min dollar) çatıb. Şəkər ixracı cari qiymətlərlə 4,0 dəfə artaraq 57 869,2 ton (37 466,8 min dollar), kartof ixracı isə 2,2 dəfə artaraq 10 476,8 ton (3 942,3 min dollar) təşkil edib. Həmçinin pambıq ipliyi, siqaretlər, bitki yağları, meyvə-tərəvəz şirələri və qara metallardan çubuqların ixracında da həm real ifadədə, həm də cari qiymətlərlə yüksəliş qeydə alınıb.
"Cebheinfo.az"

