DİM imtahana dair iddiaları cavablandırdı

DİM imtahana dair iddiaları cavablandırdı

Dövlət İmtahan Mərkəzi doktoranturaya qəbul imtahanında xarici dil üzrə danışıq blokunda problem yaranması ilə bağlı iddialara aydınlıq gətirib.

"Cebheinfo.az" Report-a istinadən xəbər verir ki, danışıq bloku imtahanının tarixləri haqqında məlumat iyunun 3-də ictimaiyyətə təqdim olunub.

DİM qeyd edib ki, imtahan əvvəlcədən elan olunan qrafikə uyğun olaraq ayın 17-də başlanıb və 3 gün ərzində keçirilməsi nəzərdə tutulub. 

İmtahan kompüterlər vasitəsilə elektron formada təşkil olunur. Namizədlər gün ərzində 3 növbə olmaqla imtahanda iştirak edirlər. İmtahanın müddəti təqribən 12-15 dəqiqədir. İmtahan vaxtı texniki problem yaşanırsa, yerində həll olunur və namizəd imtahanını verir. İyunun 17 və 18-də iki mindən çox namizəd imtahanda iştirak edib.

Proses bu gün də davam edir. Bundan əlavə, imtahan bir neçə gün davam etdiyi üçün üzrlü səbəblərdən (müəllimlərin sertifikasiyası və s.) təyin olunan vaxtda imtahan verə bilməyən namizədlərə də əlavə şərait yaradılıb və onların da imtahanda iştirakı təmin olunur.

"Cebheinfo.az"