Ermənistanda seçkiyə rüşvət qatıldı
"Güclü Ermənistan" Partiyasının namizədi Aşot Yeqizaryan100-dən çox seçiciyə seçki rüşvəti verdiyinə görə həbs edilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti bildirib.
İstintaq Komitəsi nümayəndələri tərəfindən aparılan istintaq tədbirləri nəticəsində 100-dən çox seçiciyə seçki rüşvəti verilməsi və alınması halları aşkar edilib.
Xüsusilə, "Güclü Ermənistan" Partiyasının namizədinin bir qrup şəxslə əlbir olaraq Artaşat icmasında 100-dən çox seçiciyə 100.000-500.000 dram məbləğində seçki rüşvəti payladığına dair açıq dəlillər əldə edilib və parlament seçkiləri zamanı onların lehinə səs verəcəyinə söz verib.
Namizədə qarşı cinayət işinin ilkin istintaqı zamanı prokurorun qərarı ilə Ermənistan Cinayət Məcəlləsinin 219-cu maddəsinin 2-ci hissəsi (seçki rüşvəti vermək) və 296-cı maddəsinin 3-cü hissəsinin 3-cü bəndi (xüsusilə külli miqdarda "çirkli pul"ların yuyulması) ilə bağlı ictimai cinayət işi başlanıb.
Xəzər
"Cebheinfo.az"

