İran müharibəsinin xərcləri artır: Pentaqon pul axtarır
WSJ-nin iddiasına görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranla müharibə və digər xərclər səbəbilə Konqresdən əlavə 80 milyard dollar büdcə istəyib.
"Cebheinfo.az" xəbər verir ki, "Wall Street Journal" qəzetinin məsələyə yaxın mənbələrə istinadən yaydığı xəbərdə belə deyilir. Bildirilir ki, müdafiə nazirinin müavini Stiven Faynberq bu həftə keçirdiyi görüşlərdə Konqres üzvlərinə əlavə büdcə tələbi barədə məlumat verib.
Mənbələr qeyd edib ki, Konqres yeni büdcə qanununu qəbul etməsə, silahlı qüvvələr yay aylarında əməliyyatları maliyyələşdirmək üçün yetərli vəsaitdən məhrum qala bilər.
İddialara görə, Pentaqon İranla müharibə ilə yanaşı digər xərclərin qarşılanması üçün əlavə 80 milyard dollara ehtiyac duyur.
Konqresdən tələb olunan vəsaitin bir hissəsinin gəmi əməliyyatları, hərbi personalın maaşları və sursat kimi istiqamətlərə ayrılacağı bildirilib.
Mənbələr, həmçinin yaxın günlərdə Konqresə həm Pentaqon, həm də kənd təsərrüfatı və təbii fəlakət yardımları kimi müdafiə xarici sahələri əhatə edən geniş əlavə büdcə layihəsinin təqdim olunmasının gözlənildiyini qeyd edib.
Pentaqonun mümkün əlavə büdcə tələbinin Konqresə təqdim edilməzdən əvvəl Ağ Evin İdarəetmə və Büdcə Ofisinin təsdiqindən keçməsi lazımdır.
Xatırladaq ki, Pentaqonun 2026-cı maliyyə ili üçün büdcəsi təxminən 1 trilyon dollar olaraq müəyyənləşdirilmişdi.
Bildirilir ki, ABŞ Müdafiə Nazirliyi bu il İran müharibəsi də daxil olmaqla müxtəlif əməliyyatlardan yaranan yüksək xərclərlə mübarizə aparır.
Pentaqon may ayının ortalarında İran müharibəsinin xərclərini 29 milyard dollar olaraq qiymətləndirmişdi. Lakin hazırda bu rəqəmin daha yüksək olduğu düşünülür.
Nigar Hacılı
"Cebheinfo.az"

