Cəlilabadda elektriki “tok” vurub öldürdü
Cəlilabadda kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.
“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə rayonun Mirzəli kəndi ərazisində qeydə alınıb.
Belə ki, elektrik Fariz Məmmədov dirəkdə təmir-bərpa işləri apararkən, elektrik enerjisinin verilməsi nəticəsində onu cərəyan vurub.
Ağır xəsarətlər alan F.Məmmədov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"

