Türkiyəli aktyor saxlanıldı - FOTOLAR

Türkiyəli aktyor saxlanıldı - FOTOLAR

Türkiyədə aparılan narkotik istintaqı çərçivəsində aktyor Erdem Kaynarca saxlanılıb.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı şou yazarı Birsen Altuntaş məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları “Ateş Denizi” serialının çəkiliş meydançasına gəliblər və aktyorun iştirakı ilə avtomobilində axtarış aparıblar.

Axtarış nəticəsində maşında heç nə aşkar edilməyib və o, polis əməkdaşlarının müşayiəti ilə idarəyə aparılıb.

Sözügedən hadisə səbəbindən serialın çəkilişləri bir həftə müddətinə dayandırılıb.

Qeyd edək ki, E.Kaynarca serialda Nezih obrazına həyat verir.

"Cebheinfo.az"