G7 liderləri Trampı 3 dəfə TƏBRİK EDİBLƏR
Fransada keçirilən sammitdən sonra verilən birgə bəyanatda G7 ölkələrinin liderləri ABŞ Prezidenti Donald Trampı İran münaqişəsinin həllinə görə üç dəfə təbrik edib.
Onlar Amerika liderinin rəğbətini qazanmağı hədəfləyiblər.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən yazıb.
Adı çəkilməyən bir diplomatın sözlərinə görə, bu, G7 daxilində "zərif tarazlığı pozmamaq" üçün "qəsdən edilmiş bir jest" idi. O əlavə edib ki, G7 liderləri bununla Trampa dəstəklərini ifadə edirlər.
Xatırladaq ki, ABŞ, İran və Pakistan rəsmiləri 14 iyunda Vaşinqton və Tehran arasında Yaxın Şərqdə müharibəyə son qoymağı hədəfləyən razılaşmanı təsdiqləyiblər.
İran xarici işlər nazirinin müavini Kazım Qəribabadinin sözlərinə görə, 60 günlük atəşkəs Tehranın nüvə proqramı ilə bağlı müzakirələri əhatə edəcək.
ABŞ-ın İrana qarşı dəniz blokadası 15 iyunda başa çatacaq və Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatlar dərhal və daimi olaraq dayandırılacaq. ABŞ və İsrail İrana qarşı müharibəni 28 fevralda başladıblar.
17 iyunda ABŞ Prezidenti Donald Tramp Versal Sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşdükdən sonra Vaşinqton və Tehran arasında memorandumun imzalandığını təsdiqləyib.
Xəzər
“Cebheinfo.az”

