ABŞ-İran memorandumu: BUNLAR VAR
ABŞ İranla yekun sülh sazişi imzalanana qədər Yaxın Şərqdəki hərbi qüvvələrini azaltmayacaq.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə “Fox News” telekanalı xəbər yayıb. Telekanalın aparıcısı bildirib ki, bu qərar ABŞ-nin iki aviadaşıyıcı zərbə qrupunun bölgədə fəaliyyətini davam etdirəcəyi anlamına gəlir.
Memorandumda qeyd olunan əsas məqamlar bunlardır:
* İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatları olduğu yerdəcə məhv ediləcək və prosesə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) nəzarət edəcək;
* Hörmüz boğazı dərhal açılacaq, ABŞ isə tətbiq etdiyi blokadanı mərhələli şəkildə aradan qaldıracaq;
* İrana neft ixracına yenidən icazə veriləcək;
* Fars körfəzi ölkələri İranın yenidən qurulması üçün yaradılacaq 300 milyard dollarlıq fonda qoşulacaq, lakin ABŞ bu fondun iştirakçısı olmayacaq;
* ABŞ müxtəlif lisenziyalar, istisnalar və icazələr vasitəsilə İranda fəaliyyət göstərən xarici şirkətlərə nəzarəti əlində saxlayacaq;
* İrana qarşı sanksiyalar yalnız yekun razılaşma imzalandıqdan sonra ləğv ediləcək və həmin razılaşmanın şərtlərinin daha sərt olacağı bildirilir.
Aişə Abdulova
“Cebheinfo.az”

