Yardımlıda xeyli narkotik bitki yandırıldı

Yardımlıda xeyli narkotik bitki yandırıldı

Yardımlıda yabanı halda bitən xeyli narkotik bitki məhv edilib.

"Cebheinfo.az" DİN-ə istinadən xəbər verir ki, “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Arvana kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 1420 kiloqram olan 6500 ədəd xaş-xaş kolu məhv edilib.

"Cebheinfo.az"