Lorenso: "Özbəkistanla matçda stadionun ab-havası..."

Lorenso: "Özbəkistanla matçda stadionun ab-havası..."

Kolumbiya millisinin bəzi futbolçuları Özbəkistan yığması ilə matçda ciddi emosional təzyiqlə üzləşiblər.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Nestor Lorenzo DÇ-2026-nın K qrupunun I turunda baş tutan oyundan (3:1) sonra deyib.

Mütəxəssis turnirin favoritlərindən biri olmağın komandaya əlavə məsuliyyət yüklədiyini bildirib:

"Stadiondakı möhtəşəm ab-hava oyunçularda büyük enerji yaratmaqla yanaşı, psixoloji gərginliyə də səbəb oldu. Biz çox yaxşı birinci hissə keçirdik. Daha sonra rəqib birbaşa ötürmələrə əsaslanan oyuna başladı və bizi müdafiəyə çəkilməyə məcbur etdi.

Bu, tamamilə fiziki mübarizəyə çevrildi. İlk yarıda daha böyük üstünlük yaxalaya bilərdik, lakin hücumları tamamlamaqda çətinlik çəkdik. Bəzən həddindən artıq ötürmələr etdik və topu itirməkdən qorxurduq. Heç kim hücumları zərbə ilə bitirmirdi. Bunun üzərində daim işləyirik".

O, millinin lideri Xames Rodrigeslə bağlı fikirlərini də bölüşüb:

"Bu, onun ən yaxşı matçı olmasa da, pis də oynamadı. Rəqib Xamesi "bağlamışdı". O, baş qəhrəmana çevrilə bilməsə də, topa sahib olduğumuz anlarda komandaya çox kömək etdi".

"Cebheinfo.az"