Hörmüz boğazından keçid üçün rüsum ÖDƏNİLƏCƏK
“Hörmüz boğazından keçid üçün rüsumların ödənilməsi rəsmi olaraq Vaşinqton və Tehran arasında anlaşma memorandumunda təsbit edilib”.
“Cebheinfo.az” xəbər verir ki, bunu İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf cümə axşamı bildirib.
"Hörmüz boğazından keçid üçün xidmət haqqının ödənilməsi rəsmi olaraq anlaşma memorandumunda təsbit edilib",-deyə o yazıb.
O, həmçinin əlavə edib ki, Livan danışıqların əsas mövzularından biridir:
"Biz vasitəçiyə Livan və bloklanmış, dondurulmuş vəsaitlər məsələsinin danışıqların əsas mövzularından biri olduğunu dedik".
Bir müddət əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İran və ABŞ nümayəndələrinin münaqişənin sona çatması ilə bağlı anlaşma memorandumunun son versiyasını imzaladığını açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp da İranla anlaşma memorandumunu şəxsən imzaladığını açıqlayıb.
Xəzər
“Cebheinfo.az”

