Pakistan hava məkanının bağlanma müddətini uzatdı
Pakistan Hindistana tətbiq etdiyi hava məkanı məhdudiyyətlərini 24 iyul tarixinə qədər uzatmaq qərarı verib.
"Cebheinfo.az" xəbər verir ki, “Geo News” telekanalının məlumatına görə, Pakistan Hava Limanları İdarəsi Hindistana qarşı tətbiq olunan hava məkanı qadağasının müddətinin uzadıldığını açıqlayıb.
Qərara əsasən, Pakistan hava məkanı Hindistan tərəfindən həyata keçirilən bütün kommersiya və hərbi uçuşlar üçün bağlı qalacaq.
Bundan əlavə, Hindistan aviaşirkətləri tərəfindən icarəyə götürülən təyyarələrin də Pakistan hava məkanından istifadə etməsinə icazə verilməyəcək.
Hava məkanı qadağası 24 iyul tarixinədək qüvvədə olacaq. Xatırladaq ki, Hindistanın nəzarətində olan Cammu və Kəşmirin Pahalqam bölgəsində 22 aprel 2025-ci ildə silahlı şəxslərin turistlərə atəş açması nəticəsində 26 nəfərin həyatını itirdiyi terror aktından sonra iki ölkə arasında bütün ticarət dayandırılmış, hava məkanları isə bağlanmışdı.
Nigar Hacılı
"Cebheinfo.az"

