Azərbaycanın daşımalar qovşağına çevrilməsi səyləri davam edəcək
"Azərbaycanın daşımalar qovşağına çevrilməsi istiqamətində səylərimizi davam etdirəcəyik".
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında bildirib.
"Biz Azərbaycan vasitəsilə daşınan yüklərin həcminin iki dəfə artırılmasını istəyirik", - dövlət başçısı vurğulayıb.
"Cebheinfo.az"

