"Telegram" daha bir ölkədə bloklandı
Hindistan hökuməti tibb fakültələrinə qəbul imtahanlarında köçürmə hallarının və sualların əvvəlcədən yayılmasının qarşısını almaq məqsədilə məşhur mesajlaşma platforması “Telegram”a girişi müvəqqəti olaraq məhdudlaşdırıb.
“Cebheinfo.az” xəbər verir ki, ölkə ərazisində “Telegram”a giriş iyunun 22-dək tam şəkildə dayandırılıb.
Rəsmilər bildiriblər ki, qərar qəbul imtahanlarının şəffaf keçirilməsini təmin etmək məqsədi daşıyır.
Hindistanın hüquq şirkətlərindən biri olan “Bar and Bench”in məlumatına əsasən, “Telegram” hökumətin qərarından narazı qalaraq bununla bağlı məhkəməyə müraciət edib.
Xatırladaq ki, ötən ay Hindistanda tibb fakültələrinə qəbul üçün keçirilən mühüm imtahanlardan biri sualların sızdırılması ilə bağlı iddialar səbəbindən başladılan araşdırmadan sonra ləğv edilmişdi.
Əfsanə
“Cebheinfo.az”


