Əfsanəvi boksçunu 20 illik həbs gözləyir - SƏBƏB

Əfsanəvi boksçunu 20 illik həbs gözləyir - SƏBƏB

Beş çəki dərəcəsində sabiq dünya çempionu, əfsanəvi boksçu Floyd Meyvezer xüsusilə külli miqdarda oğurluq və saxta çek yazaraq fırıldaqçılıq etməkdə ittiham olunur.

Oxu.Az ESPN-ə istinadən xəbər verir ki, Nevada ştatının məhkəmə sənədlərinə əsasən, boksçu Floyd Meyvezerə qarşı iki ağır cinayət işi açılıb.

O, Las-Veqasda 200 min dollar dəyərində saat almaq üçün etibarsız çekdən istifadə edərək oğurluq və "aldatmaq niyyəti" ilə fırıldaqçılıq etməkdə günahlandırılır.

Qeyd olunur ki, məşhur idmançını 20 ilə qədər həbs cəzası gözləyə bilər. Zərərçəkmiş tərəfin vəkillərinin sözlərinə görə, mağaza rəhbərliyi məsələni sülh yolu ilə həll etməyə çalışsa da, boksçu onlarla əlaqəni kəsib. İdmançı özü bazar ertəsi keçirilən məhkəmə iclasına qatılmayıb, onun maraqlarını vəkili təmsil edib.

"Cebheinfo.az"