Xaçmaz Dəmiryol Vağzalının binası əsaslı təmir edilir - VİDEO
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 124 yaşlı Xaçmaz Dəmiryol Vağzalının binasını əsaslı təmir edir.
Bu barədə ADY-dən məlumat verilib.
Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunan binanın orijinal görünüşü saxlanılmaqla kompleks yenidənqurma aparılır.
Qeyd edək ki, Xaçmaz Dəmiryol Vağzalı Bakı-Yalama dəmir yolu xətti üzərində ən mühüm məntəqələrdən biridir.
"Cebheinfo.az"


