Xəstəxanaya silahlı hücum: Öldürüb qaçdı

Xəstəxanaya silahlı hücum: Öldürüb qaçdı

ABŞ-nin Delaver ştatında yerləşən bir xəstəxanaya edilən silahlı hücum nəticəsində 1 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə ABŞ-nin Delaver ştatının Vilmington şəhərində yerləşən xəstəxanada yerli vaxtla saat 15:30 radələrində baş verib.

Silahlı hücum zamanı 1 nəfərin öldüyü, daha 1 nəfərin isə yaralandığı bildirilib.

Polis rəisi Vilfredo Kampos şübhəlinin hadisədən sonra qaçdığını və onun saxlanılması üçün genişmiqyaslı əməliyyata başlanıldığını açıqlayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"