Tokioda məktəbdə yanğın: 10 nəfər xəsarət alıb
Yaponiyada paytaxt Tokioya bağlı Kita bölgəsində yerləşən ibtidai məktəbdə baş verən yanğın nəticəsində 8 şagird və 2 müəllim xəsarət alıb, 300-dən çox şagird təxliyə edilib.
"Cebheinfo.az" xəbər verir ki, Kyodo agentliyinin yaydığı məlumata görə, Kita bölgəsindəki ibtidai məktəbdə səhər saatlarında yanğın baş verib.
Hadisə nəticəsində 8 şagird və 2 müəllim yaralanıb. Məktəbdə təhsil alan 300-dən çox şagird təhlükəsizlik məqsədilə binadan çıxarılıb.
Səlahiyyətlilər şagirdlərin vəziyyətinin ağır olmadığını, əksəriyyətinin tüstüdən zəhərləndiyini bildiriblər.
Yerli yanğınsöndürmə xidməti məktəbin 4-cü mərtəbəsində yerləşən musiqi otağında başlayan yanğının səbəbinin araşdırıldığını açıqlayıb.
Nigar Hacılı
"Cebheinfo.az"

