Səfərin təxirə salınmasının səbəbi açıqlandı

Səfərin təxirə salınmasının səbəbi açıqlandı

ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin İsveçrəyə planlaşdırılan səfərinin təxirə salınması ilə bağlı yeni detallar ortaya çıxıb.

“Qafqazinfo”nun xəbərinə görə “Axios” portalının müxbiri Barak Ravid “X” sosial şəbəkəsində ABŞ rəsmisinə istinadən yazıb ki, səfərin təxirə salınmasının səbəblərindən biri İran tərəfinin Livandakı vəziyyətlə bağlı irəli sürdüyü tələblər ola bilər.

Belə ki, Ağ Ev daha əvvəl səfərin təxirə salınmasını “logistik səbəblərlə” izah edib və nümayəndə heyətinin mümkün olan ən qısa zamanda danışıqlara başlamağa hazır olduğunu bildirib.

Ağ Evin açıqlamasında qeyd olunub: “Vitse-prezident bu gecə yola düşmür. Texniki danışıqlara mümkün qədər tez başlamağı səbirsizliklə gözləyirik”.

Vens daha əvvəl keçirilən brifinqdə danışıqların təşkilində bəzi texniki və logistik çətinliklərin ola biləcəyini də istisna etməmişdi.

"Cebheinfo.az"