Azərbaycanlı gənc Qara dənizdə boğuldu
Gürcüstanda azərbaycanlı gənc faciəvi şəkildə ölüb.
"Cebheinfo.az" xəbər verir ki, 21 yaşlı Elnur Nəbiyev Quriya rayonunun Ureki turist qəsəbəsində - Qara dənizdə boğulub.
Qeyd edək ki, mərhum Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Ağaməmmədli kəndinin sakini olub.
"Cebheinfo.az"


