Neymar həmin matçda oynamayacaq
Braziliya millisinin hücumçusu Neymar dünya çempionatının ikinci qrup mərhələsində Haiti ilə oyunda iştirak etməyəcək.
Bu barədə Braziliya Futbol Konfederasiyasına istinadən jurnalist Raisa Simplicio sosial şəbəkədə məlumat yayıb.
Neymar komandası ilə birgə oyunun keçirildiyi Filadelfiyaya getməyəcək. Forvard sağalmasının son mərhələsini optimallaşdırmaq üçün Nyu-Cersidə qalacaq.
Qeyd edək ki, Braziliya - Haiti matçı iyunun 20-nə planlaşdırılıb.
Xatırladaq ki, Neymar “Santos”un “Kuritiba”ya 3:0 hesabı ilə uduzduğu matçda zədə alıb.
"Cebheinfo.az"

