26 şəhər və vilayətdə xəbərdarlıq elan edildi

26 şəhər və vilayətdə xəbərdarlıq elan edildi

Fransada həddindən artıq isti hava şəraiti səbəbindən 26 vilayətdə narıncı xəbərdarlıq səviyyəsi elan olunub.

"Cebheinfo.az" xəbər verir ki, Fransanın meteorologiya xidməti "Meteo-France"-ın rəsmi internet səhifəsində yayımlanan açıqlamada bəzi bölgələrdə günorta saatlarında havanın temperaturu 40 dərəcəyə çata biləcyi vurğulanıb.

Yüksək temperaturla bağlı edilən xəbərdarlıqda 26 şəhər və vilayətdə təhlükə səviyyəsinin narıncı mərhələyə qaldırıldığı qeyd olunub.

Açıqlamada, həmçinin Voklüz, Ot-Qaron  və Dö-Sevr vilayətlərində meşə yanğınları riskinin yüksək olduğu vurğulanıb.

Fransanın milli dəmir yolu şirkəti SNCF isə havanın həddindən artıq isti keçməsi və hava keyfiyyətinin pisləşməsi səbəbindən Paris–Orlean–Limoj–Tuluza, Paris–Klermon-Ferran və Bordo–Marsel marşrutları üzrə hərəkət edən 71 qatar reysinin 22 iyun bazar ertəsinə qədər ləğv edildiyini açıqlayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"