4-cü dəfə “Fənərbaxça”nın baş məşqçisi oldu

4-cü dəfə “Fənərbaxça”nın baş məşqçisi oldu

“Fənərbaxça” İsmail Kartalı baş məşqçi təyin edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə klubun rəsmi yutub hesabında məlumat açıqlanıb. 

Bildirilib ki, onunla növbəti mövsüm üçün müqavilə imzalanıb. 

Qeyd edək ki, İsmail Kartal bundan öncə 3 dəfə “Fənərbaxça”nın baş məşqçisi olub. O, əvvəlcə 2014-2015 mövsümündə İstanbul klubunun “sükanı arxası”nda olub. Daha sonra 2022-ci ildə qısa müddətdə klubda çalışıb. 2023-2024 mövsümündə də “Fənərbaxça”nı çalışdırıb və klub tarixində rekord olaraq 99 xal toplayıb. 

"Cebheinfo.az"