Paşinyan Rusiyaya gedir

Paşinyan Rusiyaya gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan tezliklə Avropa İqtisadi İttifaqında mövcud olan problemlərlə bağlı məsələləri müzakirə etmək üçün Rusiya Federasiyasına səfər etməyi planlaşdırır.

“Cebheinfo.az”-ın Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, o, bunu İrəvanda jurnalistlərlə görüşündə deyib.

“Avrasiya İqtisadi İttifaqı Hökumətlərarası Komissiyasının iclası planlaşdırılır və mən orada iştirak edəcəm. Dediyim kimi, bu gün bu məsələ ilə məşğuluq” - o qeyd edib.

Lakin Ermənistanın Baş naziri səfərin vaxtı barədə məlumat verməyib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”