"Hizbullah" silahı yerə qoymayacaq

"Hizbullah" silahı yerə qoymayacaq

"Hizbullah" silahı yerə qoymayacaq.

“Cebheinfo.az” “Reuters” - ə istinadən xəbər verir ki,  "Hizbullah" özü silahlarını təhvil verməyəcəyini bir daha bəyan edib. 

Təşkilatın rəhbərliyi bildirib ki, İsrailin Livanın cənubundakı hərbi mövcudluğu və təhlükəsizlik təhdidləri davam etdiyi müddətdə silahsızlanma mümkün deyil. 

Qeyd edək ki, son aylarda Livan hökuməti və beynəlxalq vasitəçilər Hizbullahın silahlarının dövlət nəzarətinə verilməsi ilə bağlı təşəbbüslər irəli sürsələr də, hərəkat bu planları qəbul etməyib. 

Agentliyin məlumatına görə, "Hizbullah" daha əvvəl də hökumətin silahsızlanma ilə bağlı vaxt cədvəlini rədd edib və müqaviməti davam etdirəcəyini bildirib. 

 Ekspertlər hesab edirlər ki, təşkilatın bu mövqeyi Livanda siyasi müzakirələrin əsas mövzularından biri olaraq qalacaq.

Yunis Abdullayev 
“Cebheinfo.az”