ABŞ Avropadakı hərbi töhfələrini ixtisar edir

ABŞ Avropadakı hərbi töhfələrini ixtisar edir

NATO-nun Baş katibi Mark Rutte ABŞ-ın Avropadakı hərbi töhfələrini (ABŞ-nin Avropanın təhlükəsizlik çətirindən ayrıla biləcəyinə dair qərar) azaltmaq qərarının dərhal icra olunacağını, lakin Avropa müttəfiqlərinin yaranacaq boşluğu doldurmağa başladığını bildirib.

"Cebheinfo.az" xarici KİV-ə istinadən xəbər verir ki, Mark Rutte bu barədə Brüsseldə keçirilən NATO müdafiə nazirlərinin toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Baş katib bunun 7-8 iyul tarixlərində keçiriləcək Ankara Zirvəsinin hazırlıqlarının toplantıda müzakirə olunacağını bildirib.

Rutte qeyd edib ki, zirvədə müdafiə sənayesi istehsalının artırılması və Ukraynaya dəstək məsələləri ilə bağlı konkret addımlar da müzakirə ediləcək.Rutte ABŞ ilə İran arasında əldə olunan razılaşma barədə danışarkən bunları deyib: 

“Prezident Tramp yaxşı razılaşma əldə etdi. Bu vacibdir, çünki həmin razılaşma nüvə potensialının azaldılmasını təmin edir. ABŞ fevral ayının sonundan etibarən İranın nüvə potensialının azaldılmasına nail olub.

Eyni vəziyyət yalnız Yaxın Şərqi deyil, Avropanı və dünyanın digər bölgələrini də təhdid edən ballistik raket potensialına da aiddir.

Bundan əlavə, G7 liderlərinin açıqlamasında gördüyümüz kimi, onlar gəmiçilik azadlığının təmin olunmasına necə töhfə verə biləcəklərini də qiymətləndirirlər”.

Baş katib NATO-nun Hörmüz boğazında rol oynamağa hazır olduğunu bir daha vurğulayıb.ABŞ-nin NATO Qüvvə Modelinə verdiyi töhfələri yenidən tənzimləməsi ilə bağlı danışan Rutte bunları deyib:

“Dünən bunun dərhal olub-olmayacağı ilə bağlı sual gündəmə gəldi. Bu dərhal baş verəcək. Lakin bunu deməkdə bir qədər tərəddüd etməyimin səbəbi bunun planlaşdırma aləti olmasıdır. 

Əgər həqiqətən müharibə baş versəydi nə olardı? Tutaq ki, Beşinci maddə vəziyyəti yaranır, o zaman ABŞ də daxil olmaqla bütün müttəfiqlər müharibəni davam etdirə bilməyimiz üçün əllərindən gələni edəcəklər.

Buna görə də planlaşdırma aləti kimi nəzərə almalıyıq ki, ABŞ-nin töhfəsi əvvəlki illərlə müqayisədə bir qədər azalsa da, hələ də əhəmiyyətli olaraq qalır”.

Rutte Avropalı müttəfiqlərin yaranacaq boşluğu doldurmağa başladığını vurğulayaraq bildirib: 

“Bunun bir hissəsi artıq həyata keçirilib, digər hissəsi isə davam edir. Hazırda bunun üzərində işləyirik”. 

Nigar Hacılı 
"Cebheinfo.az"