Yaqub Zurufçunun oğlu qırmızı diplom aldı - FOTOLAR

Yaqub Zurufçunun oğlu qırmızı diplom aldı - FOTOLAR

Mərhum sənətkar Yaqub Zurufçunun oğlu Atilla Zurufçu Bakı Atatürk Liseyinin 9-cu sinfini fərqlənmə diplomu ilə başa vurub.

Belə ki, Atilla Zurufçu buraxılış imtahanında yüksək nəticə göstərərək təhsilində növbəti uğuruna imza atıb.

Atilla Zurufçu ötən il orta ixtisas musiqi təhsilini qırmızı diplomla başa vurub. Buna baxmayaraq, o, gələcəkdə həkim olmağı qarşısına məqsəd qoyub və bu istiqamətdə ciddi şəkildə çalışır. Həkim olmaq həm də atası Yaqub Zurufçunun ən böyük arzularından biri idi.

Atillanın anası Aynur Zurufçu oğlunun uğuru ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında qürur hissi keçirdiyini bildirib. 

O qeyd edib ki, bu nailiyyət onun üçün sadəcə təhsil göstəricisi deyil, uzun illərin zəhmətinin və əzminin bəhrəsidir:

“Oğlumuz Atillanın buraxılış imtahanında yüksək nəticə göstərməsi və Bakı Atatürk Liseyinin 9-cu sinfini fərqlənmə diplomu ilə bitirməsi mənim üçün sadəcə bir təhsil uğuru deyil, uzun illərin zəhmətinin, əzminin və məsuliyyətinin nəticəsidir. Bu gün onun uğuruna baxarkən böyük qürur və sevinc hissi keçirirəm.

Atilla illər boyu dərslərinə ciddi yanaşıb, qarşısına qoyduğu məqsədlərə çatmaq üçün çalışıb. Sevindirici haldır ki, o, yalnız ümumtəhsil məktəbini deyil, musiqi məktəbini də qırmızı diplomla başa vurub.

Bu isə onun həm elmdə, həm də incəsənətdə göstərdiyi zəhmətin göstəricisidir. Atill liseydə oxuduğ müddətdə həmçinin yüksək nümunəvi davranışı, tərbiyəsi ilə də seçilir.

İnanıram ki, gənclərin uğurunun təməlində zəhmət, intizam və düzgün dəyərlər dayanır. Oğlumuzun qazandığı bu nailiyyət onun gələcək həyatında daha böyük uğurlar üçün möhkəm bir başlanğıcdır”.

Aynur Zurufçu bildirib ki, oğlu Atillanın uğuru onu həm sevindirib, həm də duyğulandırıb:

“Bu əlamətdar gündə oğlumu ürəkdən təbrik edir, ona sağlamlıq, xoşbəxtlik və yeni zirvələr arzulayıram. Eyni zamanda onun üzərində əməyi olan bütün müəllimlərinə də təşəkkür edirəm:

“Bu gün həm qürur, həm də kövrək hisslər içərisindəyəm. Çünki Atillanın uğurlarını görməyi ən çox arzulayan atası Yaqub Zurufçu idi. İnanıram ki, Yaqub bəy oğlunun bu uğuru ilə fəxr edir...”

Əfsanə Rəcəb
“Cebheinfo.az”