Viza ala bilməyən futbol azarkeşlərinə gözlənilməz jest
Dünya Çempionatı oyunlarını izləmək üçün ABŞ vizasına müraciət edən, lakin müraciətləri rədd edilən 100 argentinalıya elektronika şirkəti tərəfindən televizor hədiyyə edilib.
"Cebheinfo.az" xəbər verir ki, "The Washington Post" qəzetinin xəbərinə görə, Dünya Çempionatı matçlarını izləmək məqsədilə ABŞ-yə viza almaq istəyən, lakin rədd cavabı alan azarkeşlərə elektronika şirkətindən dəstək gəlib.
“Noblex” adlı şirkət viza rəddinə dair rəsmi sənəd təqdim edən 100 nəfərə pulsuz televizor verib.
Nigar Hacılı
"Cebheinfo.az"


