Masallıda 69 yaşlı qadın qətlə yetirilib - FOTOLAR
Masallıda qətl hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Şıxlar kəndində qeydə alınıb.
Kənd sakini 1957-ci il təvəllüdlü Elmira Əmənovanın üzərində xəsarətlər olan meyiti evində tapılıb.
İlkin məlumata görə, 69 yaşlı qadın yaşadığı evdə baltalanaraq qətlə yetirilib.
E.Əmənovanın qohumu Həsrət Əmirovun APA-ya verdiyi xəbərə görə, mərhumun meyitinin yanında balta olub: "Evi alt-üst etsələr də, heç nə aparmayıblar. Hətta mərhumun taxdığı zinət əşyaları üstündə idi".
Hazırda cinayət hadisəsini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
"Cebheinfo.az"


