ABŞ vətəndaşı Çində casusluq ittihamı ilə həbs olunub

ABŞ vətəndaşı Çində casusluq ittihamı ilə həbs olunub

ABŞ vətəndaşı Çində casusluq ittihamı ilə həbs olunub.

APA xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, U Min Zin adlı ABŞ vətəndaşı casusluqda və Çinin milli təhlükəsizliyinə zərbə vurmaqda şübhəli bilinərək həbs olunub.

Rəsmi Pekin bununla bağlı ABŞ-ın Quançjou şəhərindəki Baş konsulluğunu məlumatlandırıb.

Qeyd edək ki, “The New York Times“ bundan əvvəl həmin şəxsin ötən həftə Çinin Kunmin şəhərində yoxa çıxdığı barədə xəbər yayıb.

"Cebheinfo.az"