İsrailin Livana hücumlarında ölənlərin sayı 3711-ə çatıb

İsrailin Livana hücumlarında ölənlərin sayı 3711-ə çatıb

Ötən sutka ərzində İsrailin Livanın cənubundakı yaşayış məntəqələrinə endirdiyi aviazərbələr nəticəsində 15 nəfər ölüb, 70 nəfər xəsarət alıb.

Bu barədə Livanın Səhiyyə Nazirliyi "X" sosial şəbəkəsində bildirib.

"Martın 2-də hərbi eskalasiya başlayandan bəri ölənlərin ümumi sayı artaraq 3 711-ə, yaralananların sayı isə 11 483-ə çatıb", - məlumatda vurğulanıb.

Qeyd olunub ki, Tir şəhərində və onun ətrafında xilasetmə işləri davam edir və günün sonunadək ölənlərlə xəsarət alanların sayı arta bilər.

"Cebheinfo.az"