Astara Terminalı regional yük əməliyyatlarını genişləndirəcək

Astara Terminalı regional yük əməliyyatlarını genişləndirəcək

Azərbaycan Dəmir Yollarının Astara Terminalının (İran ərazisində) Şimal-Cənub dəhlizinin mühüm elementi kimi tranzit daşımalarındakı rolu güclənir.

“Cebheinfo.az” xəbər verir ki, 2026-cı ilin 5 ayında terminalda 346 min tondan çox yük aşırılıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 26 faiz çoxdur.

Tikinti işləri yekunlaşmaq üzrə olan Astara Terminalı tam gücü ilə işə düşdükdən sonra illik 3,5 - 4 milyon ton yükötürmə həcmi ilə regional yük əməliyyatlarını genişləndirəcək.

Nigar
“Cebheinfo.az”