Dadlı və gizli TƏHLÜKƏ

Dadlı və gizli TƏHLÜKƏ

"Fastfud" dedikdə, çoxumuzun ağlına yalnız yağlı və kalorili qidalar gəlir.

Amma bu məhsulların ən təhlükəli tərəflərindən biri gizli şəkər tərkibli olmasıdır.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. 

Bildirilib ki, burger sousları, ketçup, mayonez, qazlı içkilər, hətta bəzi kartof qızartmaları da özündə əlavə şəkər ehtiva edir. Bu isə qanda şəkərin miqdarının sürətlə yüksəlməsinə, qısa müddət sonra isə yenidən aclıq hissinin yaranmasına gətirib çıxarır.

"Fastfud" məhsullarında şəkərin istifadəsini minimuma endirmək mümkündür: 

*Souslardan az istifadə edin;

*Qazlı içkiləri su ilə əvəzləyin;

*Fastfud qəbulunu mümkün qədər məhdudlaşdırın;

*Evdə hazırlanmış sağlam qidalara üstünlük verin.

"Fastfud"un zərərləri yalnız yüksək yağ tərkibi ilə məhdudlaşmır. Tərkibindəki əlavə şəkərlər də sağlamlıq üçün ciddi risk yarada bilər.

Gülər 
"Cebheinfo.az"