Dilarə Əliyevadan botoks etdirən həmkarlarına etiraz: Qadağa tələb etdi

Dilarə Əliyevadan botoks etdirən həmkarlarına etiraz: Qadağa tələb etdi

Dilarə Əliyeva kosmetoloji prosedurlar və xüsusilə botoksun aktrisaların peşə fəaliyyətinə təsiri barədə fikirlər səsləndirib.

"Cebheinfo.az" xəbər verir ki, Əməkdar artist “Qonaqcanlı” verilişində çıxışı zamanı sənət adamlarının üz ifadələrinin qorunmasının vacibliyini vurğulayıb.

O, aktrisaların botoksdan istifadə etməsini məqsədəuyğun saymayıb.

Aktrisanın özlərinə görə, aktyorluqda mimika və emosiyanın tamaşaçıya ötürülməsi əsas rol oynadığından, bu cür müdaxilələr ifadə imkanlarını məhdudlaşdıra bilər.

D.Əliyeva qeyd edib ki, düzgün seçilmiş kosmetoloji qulluq prosedurları nəticə etibarilə botoksa ehtiyacı azalda və ya tamamilə aradan qaldıra bilər.

"Cebheinfo.az"