Naxçıvanda orta aylıq nominal əməkhaqqı 6 %-ə yaxın artıb

Naxçıvanda orta aylıq nominal əməkhaqqı 6 %-ə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 860 manat təşkil edib.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % çoxdur.

Xatırladaq ki, 4 ay ərzində Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,5 % artaraq 1 172 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

"Cebheinfo.az"