İran PUA-sı Manamada vuruldu: Xəsarət alan var - FOTOLAR
Bəhreyn səmasında vurulan İran pilotsuz uçuş aparatlarının (PUA) qalıqlarının düşməsi nəticəsində 11 yaşlı qız xəsarət alıb, Həməd və Manama şəhərlərində isə evlərə və avtomobillərə ziyan dəyib.
Oxu.Az xəbər verir ki, bu barədə Bəhreynin Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat paylaşıb.
Bildirilib ki, zərərçəkən qıza hadisə yerindəcə lazımi tibbi yardım göstərilib. Nazirlik tərəfindən paylaşılan fotolarda yanğınsöndürənlərin bir neçə evdə baş vermiş alovu söndürməyə çalışdığı əks olunub.
Xatırladaq ki, iyunun 11-də Tehran ABŞ-nin aviazərbəsinə cavab olaraq Yaxın Şərqdəki Amerika obyektlərinə hücum edib.
"Cebheinfo.az"

