ABŞ-dən bu ölkədəki vətəndaşlarına XƏBƏRDARLIQ

ABŞ-dən bu ölkədəki vətəndaşlarına XƏBƏRDARLIQ

ABŞ-nin İordaniyadakı səfirliyi İranın hücumundan sonra bu ölkədəki ABŞ vətəndaşlarına təhlükəsiz yerlərə keçmələri barədə xəbərdarlıq edib.

"Cebheinfo.az" xəbər verir ki, İranın İordaniyaya hücumundan sonra ABŞ səfirliyinin yazılı açıqlamasında təhlükəsizlik xəbərdarlığı yer alıb.

İordaniyaya raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hücum edildiyi bildirilən açıqlamada ABŞ vətəndaşlarından təhlükəsiz bir məkana keçmələri tələb olunub.

ABŞ vətəndaşlarından növbəti bildirişə qədər olduqları təhlükəsiz yerlərdə qalmaları, yerli elan və xəbərdarlıqları izləmələri istənilib.

İran ABŞ ordusunun gecə saatlarında həyata keçirdiyi hücumlara qisas olaraq İordaniyadakı ABŞ ordusuna məxsus "Müvəffəq Salti" hərbi bazasını hədəf almışdı.

Nigar Hacılı 
"Cebheinfo.az"