Tramp İran rəsmiləri ilə telefonla danışıb
ABŞ Prezidenti Donald Tramp İranın yüksək vəzifəli rəsmiləri ilə telefon danışıb. Məlumatı Tramp özü açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Tramp bu barədə “Fox News”a müsahibəsi zamanı danışıb.
ABŞ Prezidenti İran rəsmilərinin bu axşam ona zəng etdiyini və İranın yüksək vəzifəli rəsmilərindən biri ilə birbaşa danışdığını bildirib.
Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı bir neçə saat əvvəl İrana qarşı hrbi əməliyyat barədə məlumat yayıb.
Xəzər
"Cebheinfo.az"

