Bahar Muradova: "Uşaqların təhlükəsizliyinin təmininə bütün qurumlar cəlb edilməlidir"
"Müvafiq dövlət orqanları ilə yanaşı digər bütün qurumlar uşaqların təhlükəsizliyinin təmin olunmasına cəlb olunmalıdır".
"Cebheinfo.az" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatının və "Uşaqlar və Hüquq" kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son illərdə həm Azərbaycanda, həm də dünyada baş verən hadisələr göstərir ki, uşaqların müdafiəsi siyasətin də bir parçası olmalıdır:
"Bu səbəbdən həm milli qanunvericilikdə, həm də dünya təcrübəsindən yararlanaraq qəti addımlar atmağa qərar vermişik. Azərbaycanda uşaq və ailə hüququ insan hüquqlarının tərkib hissəsidir. Bütün hüquqları tərtib edəcək qanunvericilik bazamız var.
Müvafiq dövlət orqanları ilə yanaşı digər institutlar, ictimai sektor və s. bu prosesə cəlb olunmalıdır. Bu hüquqların icrasını təmin etməklə yanaşı, aidiyyəti təbəqənin hüquqlarla tanış olmasını, hüquq şüurunun yaradılmasını təmin etməliyik".
"Cebheinfo.az"

