Röya və Aygünün duetini o yazacaq
Xalq artistləri Aygün Kazımova və Röya Ayxan oxuyacaqları duet mahnısı üçün bəstəkar-müğənni Kazım Cana müraciət ediblər.
"Cebheinfo.az" xəbər verir ki, bunu K.Can “Səmimi Tolik ilə” verilişində deyib.
O bildirib ki, hər iki ifaçı duet üçün ona müraciət edib:
“Bu çox çətin sualdır. Hər iki tərəfdən mənə müraciət olunub. Sadəcə, mən beynimdə hələ o proyekti yarada bilməmişəm. Ona görə də bir az müddət istəmişəm ki, səs temberlərini müəyyənləşdirim. Elə bir şey yazmalıyıq ki, möhtəşəm olsun. Bu haqda düşünürük”.
Qeyd edək ki, uzun illərdir küsülü olan Xalq artistləri ötən ilin noyabrında barışıblar. Barışdıqdan sonra ifaçılar duet oxuyacaqlarını açıqlamışdılar.
"Cebheinfo.az"

