Bakının mərkəzində yolda çökmə: İri çuxur yarandı - FOTO

Bakının mərkəzində yolda çökmə: İri çuxur yarandı - FOTO

Bakının Nəsimi rayonunun A.S.Puşkin küçəsində (Səməd Vurğun abidəsinin qarşısı, Dilarə Əliyeva küçəsi ilə kəsişmənin yaxınlığı) yolun bir hissəsi çöküb.

"Cebheinfo.az" Caliber.az-a istinadən xəbər verir ki, nəticədə ərazidə böyük çuxur yaranıb.

Ərazi artıq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları tərəfindən hasara alınıb və yolun çökmüş hissəsində təmir işlərinə başlanılacaq.

"Cebheinfo.az"