Muğanlı-İsmayıllı yolunda ağır qəza: Xəsarət alan var - VİDEO

Muğanlı-İsmayıllı yolunda ağır qəza: Xəsarət alan var - VİDEO

Muğanlı-İsmayıllı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Oxu.Az-ın qaynar xəttinə məlumat gəlib.

Qeyd olunub ki, hərəkətdə olan yük avtomobili yol kənarındakı beton maneələrə çırpılıb. Nəticədə avtomobil yararsız hala düşüb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) fakt təsdiqlənib.

Qeyd olunub ki, sözügedən yol-nəqliyyat hadisəsi bu gün səhər saat 9 radələrində Muğanlı-İsmayıllı yolunun 8-ci km-də, üzü Şamaxı istiqamətində baş verib.

"Hadisə Məhəmməd Mübariz oğlu Vahidlinin idarə etdiyi "Mitsubishi" markalı, 10-VL-923 dövlət nömrə nişanlı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində baş verib. Hadisə nəticəsində sürücü xəsarət alıb. Hazırda əməliyyatdadır. Ölən yoxdur. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.

https://t.me/oxuaze/185507

"Cebheinfo.az"