Tramp İrana yeni zərbələrin endirilməsi əmrini verməyə yaxındır
ABŞ Prezidenti Donald Tramp orduya İrana qarşı geniş hərbi kampaniyanın başladılması ilə bağlı əmr verməyi nəzərdən keçirir.
Bu barədə “Fox News”a danışan Tramp Hörmüz boğazında hədəf alınan helikopterin pilotlarının sağ qalmasını “möcüzə” adlandırıb.
Onun sözlərinə görə, yanan dron iki pilotun arasında düşsə də, partlamayıb. Tramp deyib ki, pilotlar helikopteri suya endirərək partlayışın qarşısını alıblar.
ABŞ lideri qeyd edib ki, İranın elektrik stansiyalarına və körpülərinə hücumların üçün əmr verməyə yaxındır.
“Mən buna davam edə bilərəm. Onların razılaşma imzalamaq və sağ qalmaq üçün şansı var idi”, - Tramp əlavə edib.
"Cebheinfo.az"

